"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç futbolda ilk addımlarını atdığı vətəni Zaqrebdə butslarını asa bilər.
Kop-a görə Modriç artıq Real Madridin əsas oyunçusu deyil və vətəni Dinamo Zaqrebə qayıtmaq imkanına malikdir.
Xorvatiya klubu qəzetdəki reklam səhifəsi vasitəsilə 2018-ci ilin Qızıl topunun qalibi üçün orijinal təkliflə çıxış edib. “Dinamo Zaqreb” Xorvatiya futbolunun əfsanəsini geri qaytarmağı xəyal edir, qəzetlə video yayımlayıb və həştəqlər əlavə edib. Lukanın "Real Madrid"lə müqaviləsi bu ilin iyunun 30-da başa çatır.
Xatırladaq ki, Modriç ilk dəfə 2005-ci ildə Zaqreb “Dinamo”sunda iz qoymuş, daha sonra “Tottenhem”ə, oradan da “Real”a keçmişdi. Xorvatiyalı Los Blancos ilə 522 oyun keçirib, 39 qol vurub və 84 məhsuldar ötürmə edib.